Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kinoforum keçiriləcək.
20-21 aprel tarixlərini əhatə edəcək forum Heydər Əliyev Mərkəzində gerçəkləşəcək. Forumda iştirak etmək istəyənlər aprelin 3-dək nazirliyin rəsmi internet resursunda – culture.gov.az saytı üzərindən qeydiyyatdan keçiblər.
Rejissor, ssenarist, bəstəkar, aktyor, operator, prodüser və bu sahənin mütəxəssislərinin bir araya gələcəyi tədbirdə 125 yaşlı Azərbaycan kinosunun mövcud vəziyyəti, problemləri, inkişaf istiqamətləri və s. müasir dövrün çağırışları kontekstində müzakirə olunacaq.