13-14 may tarixlərində "Naxçıvan" Universiteti, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi və "Hədəf" şirkətlər qrupunun təşkilatçılığı ilə I Naxçıvan Kitab Sərgisi keçiriləcək.

“Bölgələrə kitabla gedirik!” şüarı altında “Naxçıvan” Universitetində təşkil olunacaq sərgi Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

İki gün davam edəcək sərgidə ölkəmizin ziyalıları ilə görüş, tanınmış yazıçılarla imza saatları, müxtəlif panellər keçiriləcək. Həmçinin minlərlə kitab endirimli qiymətlərlə oxuculara təqdim olunacaq.

Nurəddin