Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Ulu öndər Heydər Əliyev və mədəniyyət: aforizmə çevrilmiş kəlamlar” adlı videoçarx hazırlanıb.

Videoçarx müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Videoçarxda Heydər Əliyevin ölkəmizin tanınmış mədəniyyət, incəsənət, teatr, kino, mədəniyyət xadimləri, şair və yazıçılar haqqında söylədiyi fikirlər öz əksini tapıb. Eyni zamanda Ulu öndərin mədəniyyət və incəsənət xadimləri ilə fotoşəkilləri də verilib.

Videomaterial Heydər Əliyevin mədəniyyət haqqında “Azərbaycan qədim mədəniyyət ölkəsidir. Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox olduqca qiymətli mədəniyyət əsərləri, memarlıq, sənət abidələri, olduqca dəyərli təsviri sənət əsərləri bəxş etmişdir” aforizmi ilə başlanır.

Videoçarx Xalq artistləri Faiq Ağayevin ifasında “Dahi” və Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnıları ilə müşayiət olunur.

Materialı Yasamal rayon MKS-nin yutub kanalında izləmək olar: https://www.youtube.com/watch?v=dPL9TBY8rJQ