“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının ikinci günü, mayın 10-da  daha bir konsert Mehmandarovların malikanə kompleksinin həyətində gerçəkləşib.

Şuşanın tarixi-memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.

Bu məkanda ilk mədəniyyət tədbiri Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. Respublikanın tanınmış müğənni və vokal ustalarının ifasında “Ümummilli lider Heydər Əliyev – sevimli mahnılar” adlı konsert proqramı təqdim edilib.

Heydər Əliyevin sevdiyi musiqilər arasında Azərbaycanın xalq mahnıları da xüsusi yer tutub. Proqramda “Qaragilə”, “Küçələrə su səpmişəm” mahnıları, eləcə də “Alagöz”, “Qərənfil”, “Haradasan?”, “Gözəlim sənsən”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Şuşanın dağları”, “Sevgili canan”, “Dünya sənin, dünya mənim”, “Azərbaycan” və digər mahnılar  alqışlarla qarşılanıb.