Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının üçüncü – sonuncu günü də maraqlı təqdimatlarla yaddaqalan olub.
Mayın 11-də festival çərçivəsində keçirilən tədbirlər Şuşanın müxtəlif məkanlarını əhatə edib.
Festivalın iştirakçılarından Xalq artisti Natiq Şirinovun “Natiq Ritm” qrupunun, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının çıxışları olub.
Konsert proqramları alqışlarla qarşılanıb.