Bakı Xoreoqrafiya Akademiyasında (BXA) bakalavr, orta ixtisas təhsili və tam orta təhsil pillələrinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti konsert keçirilib. Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə və şagird heyəti iştirak edib.

Konsert proqramında akademiyanın tələbə və şagirdlərinin ifasında müxtəlif nömrələrdən ibarət xalq-çalğı alətlərinin müşayiəti altında musiqi kompozisiyaları, Azərbaycan rəqsləri və balet əsərlərindən variasiyalar təqdim olunub.

V.Adıgözəlovun “Bayram” süitası, F.Mendelsonun “Quşlar”, A.Qlazunovun “Pissikatto”, P.Çaykovskinin “Kukla”, Q.Qarayevin “Yeddi gözəl” baletindən variasiya, F.Əmirovun “Çobanlar rəqsi”, “Zamanın nəbzi”, “Şən rəqs”, “İgidlər rəqsi” və s. böyük maraqla qarşılanıb.