Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalı keçirilir.

Ağdaş RMİ-nin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonları üzrə festivalın birinci mərhələsində bütün nominasiyalar üzrə seçim turu başa çatıb. Regional idarənin xidməti əhatəsində olan dörd rayon üzrə 5 kollektiv, fərdi qaydada isə 356 nəfər qeydiyyatdan keçib və öz istedadlarını nümayiş etdiriblər.

Ümumilikdə 8 məntəqədə piano ifaçılığı, solo milli rəqs, milli rəqs ansamblı, solo müasir rəqs, müasir rəqs ansamblı, xalq çalğı alətləri ifaçılığı, klassik simli alətlər ifaçılığı, bədii qiraət, akademik vokal, xanəndəlik sənəti, rəssamlıq, dekorativ-tətbiqi sənət, heykəltəraşlıq, estrada oxuma, xor və rəqəmsal incəsənət nominasiyaları üzrə keçirilən müsabiqənin birinci mərhələsi uğurla yekunlaşdırılıb.

Qeyd edək ki, üç turdan ibarət festival 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilir. Festivalın birinci mərhələsi aprel-iyun aylarını əhatə edir.

Nurəddin