Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” Folklor evinin həyətində “Müasir Azərbaycan Heydər Əliyevin əsəridir” mövzusunda sərgi təşkil olunub. Sərgini yerli sakinlər, İbrahimkənd tam orta məktəbinin şagirdləri və Şəkiyə gələn əcnəbi qonaqlar ziyarət ediblər.

Qax rayon Uşaq incəsənət məktəbində “Sən elə bir zirvəsən...” adlı hesabat konserti keçirilib. Sonda tədris ilində fərqlənən müəllimlərə fəxri fərmanlar, şagirdlərə isə tərifnamələr təqdim olunub.

***

Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbində Heydər Əliyevin 100 illiyinə həsr olunan hesabat konserti keçirilib. Konsertdə Xalq çalğı alətləri şöbəsinin orkestri, xanəndə, vokal, kamança, tar, fleyta, muğam üçlüyü, skripka ansamblı, “Ümid” rəqs kollektivi, “Şəfəq” uşaq xoru və məktəbin müəllimlərindən ibarət “Humay” xoru çıxış edib.

***

Lənkəran RMİ və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi “Mən azərbaycanlıyam!” istedad müsabiqəsinin qalibləri mükafatlandırılıb. 100-ə yaxın iştirakçının qatıldığı müsabiqənin məqsədi “Heydər Əliyev İli” çərçivəsində ədəbi-bədii nümunələri təbliğ etmək, bədii qiraətə, aktyorluğa, rəqsə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır. İlk üç yerin sahiblərinə fəxri fərman və hədiyyələr, digər iştirakçılara təşəkkürnamələr təqdim olunub.

***

Ağsu rayon Mədəniyyət Mərkəzi və rayon M.İsmiyev adına Ərəbuşağı kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə əlaqədar konsert proqramı keçirilib. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Mərkəzin “Qönçə” xalq çalğı alətləri ansamblı solistlərinin ifalarında səsləndirilən mahnılar, məktəblilərin şeir kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Biləsuvar şəhər O.Əkbərov adına Uşaq incəsənət məktəbi Ağalıkənd kənd tam orta məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramı ilə çıxış edib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin siyasi irsinin dərindən öyrənilməsi, təbliği məqsədilə şəhər 21 saylı tam orta məktəbdə “Özü, varisi və ana dili”  adlı tarix dərsi keçirilib.

***

Yardımlı rayon Mədəniyyət Mərkəzi, rayon Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyəti,  Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayon Təhsil sektoru və digər qurumların birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Uşaqlar bizim gələcəyimizdir!” adlı yaradıcılıq festivalı keçirilib. İdman oyunları və rəsm əsərləri nümayiş olunub, xüsusi bacarığı olan uşaqlar rəqs, şeir və mahnı ifa ediblər. Festivalda fəal iştirak edən uşaqlara fəxri fərmanlar təqdim olunub.

***

Quba rayon Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib. R.Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin, şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyinin və 6 saylı tam orta məktəbin komandaları I-III yerləri tutublar.

Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Oxu bayramı” adlı tədbir keçirilib. 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən “Dahilərin divanı” adlı kompozisiya təqdim olunub. Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Ümid” uşaq rəqs qrupu, 2, 3 və 5 saylı tam orta məktəblərin şagirdləri mahnı və rəqslər ifa ediblər.

***

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Rayonun icra başçısı Seymur Orucov, Ağstafa RMİ-nin rəisi Nurəddin Mehdiyev və başqaları çıxış ediblər. Tədbirdə incəsənət ustalarının təqdimatında konsert proqramı təqdim olunub.

***

Samux şəhər Uşaq musiqi məktəbində Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib. Şagirdlər rəngarəng proqramla çıxış ediblər.

Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Diyarşünaslıq evində “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Bədii hissədə Qaradağlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən şeirlər səsləndirilib, musiqi nömrələri ifa olunub.

Nurəddin Məmmədli