Zəngilan rayon Mədəniyyət evinin dəstəyi, rayon İcra Hakimiyyəti və Polis şöbəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan polisi” adlı tədbir keçirilib.
2 iyul – Azərbaycan Polisi Günü münasibətilə gerçəkləşən tədbirdə Zəngilan Rayon Polis Şöbəsinin rəisi Bəkir Cabbarov hüquq-mühafizə orqanlarına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov əlamətdar gün münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib.
Çıxışlardan sonra səmərəli fəaliyyətləri ilə fərqlənən Zəngilan Rayon Polis Şöbəsinin bir sıra əməkdaşları İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunublar. Keçmiş polis əməkdaşlarına və qazilərə hədiyyələr təqdim edilib.
Bədii hissədə “Xarıbülbül” instrumental ansamblının müşayiəti ilə Əməkdar artistlər Almaz Orucova, Babək Niftəliyev, müğənnilər Mirələm Mirələmov, Tural Salmanov, Təranə Qumral, Musa Musayev, Məlahət Hüseynova və Sevgim Musazadə konsert proqramı ilə çıxış ediblər.