Qazax Dövlət Dram Teatrında polşalı dramaturq Slavomir Mrojekin “Mühacirlər” əsəri əsasında eyniadlı tamaşa hazırlanır. İkinəfərlik psixoloji drama Allahverdi Musayev quruluş verib, tamaşanın musiqi tərtibatı da ona məxsusdur.

İnsan münasibətlərinin ən müxtəlif məqamlardakı dəyişkənlik və çətin şəraitdə daxili zənginliyinə sığınaraq öz simasını qorumasından bəhs edən tamaşada rolları Sərdar Rüstəm və Yusif Qoca oynayırlar. Səhnə tərtibatını Aysan Omarova verib.

Tamaşanın premyerası iyulun 15-nə nəzərdə tutulub və yaradıcı heyət bununla mövsümə yekun vuracaq.