Salyan Dövlət Kukla Teatrı 29-cu mövsümünü iyulun 12-də “Kaloğlanın sərgüzəştləri” nağıl-tamaşası ilə başa vurub.

Dəcəl, xüsusən də kitab və əşyalarına qarşı diqqətsiz olan Kaloğlanın ən sevimli işi məktəbdə kitablarını cırmaq, evdəki əşyaları dağıtmaqdır. Heç nəyə marağı olmayan balaca qəhrəman nəinki mütaliəni sevmir, heç nağıllara da inanmır. İşi-gücü kompüter oyunlarıdır. Günlərin birində oyun oynayarkən onu yuxu tutur. Nağıl qəhrəmanları onun yuxusuna gəlir... Ayılanda isə bütün əməllərindən peşman olaraq kitablara və ətrafına qarşı diqqətli olacağına söz verir.

Tamaşanın səhnələşdirəni Ağaddin Babayev, quruluş müəllifi Rafiq Mirzə, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir. Səhnə işində rolları Röyal Qurbanov, Elşən İsmayıl, Nahid Rüstəmbəyli, Nərmin Hüseynli, Xuraman Qədirova, Böyükağa Mehdizadə canlandırırlar.