Rejissoru Ələmdar Faiq, prodüseri Türkan Hüseyn olan “Qara pişik, ağ şanı” sənədli filmi Tbilisidə keçirilən “CineDOC” beynəlxalq festivalının mentorluq proqramında “Current Time TV”nin mükafatına layiq görülüb. Film festivala “Chinar film”in layihəsi olaraq təqdim edilib.
Film özünün keçmiş səhvlərindən xilas olmaq üçün Bakı ətrafında yerləşən bağ evinə köçən Firuzənin və nəvəsi Ələmdarın hekayəsidir. Burada Firuzə öz bağında üzümçülüklə məşğul olur və həyətə gələn qara pişiyi bəsləyir. Günlərin birində ordudan yeni qayıtmış nəvəsi Ələmdar ona baş çəkir və hər ikisi keçmiş ailə səhvləri ilə üzləşirlər.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu layihəyə kiçik maliyyə dəstəyi ayırıb.