2021-ci ilin sentyabrında Tərtər rayon Şıxarx qəsəbəsində “Vətən bağı” şəhidlər parkı yaradılıb. Bağdakı ağaclara şəhidlərimizin şəkli, adı, ata adı və soyadı olan, QR kodlu məlumat lövhələri yerləşdirilib. QR kod oxudulan zaman həmin şəhid haqqında müfəssəl məlumat əldə etmək mümkün olacaq.

“Vətən bağı” şəhidlər parkı Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi və “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə salınıb. Bağda 4000-dək meyvə ağacı əkilib, damcı suvarma sistemi qurulub.

Bağda artıq 2200 şəhid haqqında QR məlumat lövhələri yerləşdirilib. Burada Birinci və İkinci Qarabağ müharibələrinin Tərtər şəhidləri haqqında da məlumat tabloları yer alıb.