Arxeoloqlar Türkiyənin Çorum vilayətində yerləşən Şapinuva ərazisində 3300 il tarixi olan qədim tikili aşkarlayıblar. Tədqiqatçılar bu tikilinin taxıl anbarı olduğunu bildiriblər.
Qazıntı işlərinin rəhbəri Öndər İpək anbarın 150 ton taxıl tutumuna malik olduğunu və bu cür anbarların xüsusilə qıtlıq dövründə son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, minilliklər öncə Kiçik Asiyada böyük mədəniyyət yaratmış hititlər (Hitit Krallığı) üçün önəmli şəhərlərdən biri olmuş Şapinuvada 1990-cı ildə başlayan arxeoloji qazıntılar Türk Tarix Qurumunun maliyyə dəstəyi ilə davam etdirilir.