Türkiyənin Naxçıvan MR-dəki baş konsulu Asip Kaya Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında olub.

140 illik tarixə və zəngin ənənələrə sahib teatrın yaradıcılıq yolu və imkanları ilə tanış olan Asip Kaya Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edib.

Teatrın direktoru Xalq artisti Rza Xudiyev sənət ocağının fəaliyyətindən, Türkiyəyə qastrol səfərlərindən danışıb.

Söhbət zamanı gələcəkdə də Naxçıvan teatrının Türkiyənin yaxın bölgələrinə səfərlərinin təşkili, eyni zamanda Türkiyədən sənətkarların, teatr kollektivlərinin Naxçıvana dəvət olunmasının əhəmiyyəti vurğulanıb.

Baş konsulun rəssam Anar Əlizadə tərəfindən çəkilmiş portreti qonağa hədiyyə edilib.

Nurəddin