Britaniya paytaxtında hər il avqust ayında təşkil olunan Nottinq Hill karnavalı yenə güclü polis nəzarəti altında gerçəkləşib.
London polisi iki gün (27-28 avqust) sürən karnavalda yüzlərlə iştirakçını saxlayıb. Onların əsas qismi qanunsuz silah gəzdirmək, narkotik maddə saxlamaq və cinsi zorakılıqda şübhəli bilinənlərdir. Bir qismi isə polis əməkdaşlarına hücum etdiyi üçün həbs olunub.
Nottinq Hill karnavalı 1964-cü ildən keçirilir. Bu, Avropada hər il bir milyondan çox britaniyalının və əcnəbi turistin qatıldığı ən böyük küçə festivalıdır. Londonda karnaval günlərində zorakılığın səviyyəsi və cinayətlərin sayı kəskin şəkildə artır.
Halbuki karnavalın əsası vaxtilə şəhərdə çoxmillətli icmaları bir araya gətirmək və irqi ayrı-seçkiliyə son qoymaq kimi nəcib məqsədlərlə qoyulmuşdu.