Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Avqustun 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə (52 nəfər) köçürülüb.
Bununla da Laçın şəhərində 247 ailənin (956 nəfər) daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, Laçın şəhərinə sakinlərin qayıdışı bu il mayın 28-də başlayıb. Avqustun 25-də Laçın rayonunun Zabux kəndinə də sakinlərin ilk qrupu – 20 ailə (88 nəfər) köçürülüb. Yaxın günlərdə də sakinlərin kəndə köçürülməsi davam edəcək.