Astara Dövlət Rəsm Qalereyasının dərnək üzvləri doğum günündə Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin emalatxanasında olublar.

Gənclər 76 yaşını qeyd edən sənətkarı təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.

Firudin Quliyev gənc rəssamlara sənətin sirləri haqqında danışıb, tövsiyələrini verib. Milli rəssamlıq sənətinin inkişafı və təbliği ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1947-ci il sentyabrın 7-də Astarada doğulan Firudin Quliyev ölkəmizi bir çox beynəlxalq müsabiqələrdə təmsil edərək müxtəlif mükafatlara layiq görülüb. O, uzun illərdir “Qurani-Kərim”in surələrinə rəsmlər çəkir. Bu silsilədən 60-dan çox əsər yaradıb.

N.Məmmədli