Lənkəran şəhər Mədəniyyət Mərkəzində gənc müğənni Allahverən Pərvizoğlunun “Ata həsrəti” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.

Mərkəzin direktoru Anar Kəkəyev müğənninin ifaçılığı haqqında məlumat verib. Digər çıxış edənlər A.Pərvizoğlunun rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakından, qazandığı nailiyyətlərdən danışıb, yaradıcılıq uğurları arzulayıblar.

Müğənni yaradılan şəraitə görə Lənkəran-Astara RMİ-nin rəhbərliyinə və qonaqlara təşəkkür edib.

Nurəddin