2022-ci il 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olanlardan biri də leytenant Vüsal Məlikovdur.
Bu günlərdə şəhidin il mərasimi keçirilib. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri Vüsal Məlikovun məzarını ziyarət ediblər.
V.Məlikov 2000-ci il yanvarın 1-də Lerik rayonunun Almu kəndində anadan olub. Onun qəhrəmanlıq yolu gənc nəsillər üçün nümunədir.
Zəfər Orucoğlu