Xəbər verdiyimiz kimi, 29 sentyabr – 3 oktyabr tarixlərində Qazaxıstanın Taldıkurqan şəhərində görkəmli teatr və kino aktrisası, Xalq artisti Biken Rimovanın (1923-2000) 100 illik yubileyi münasibətilə keçirilən I Beynəlxalq “Biken” Teatr Festivalında ölkəmizi Yuğ Dövlət Teatrı təmsil edib.

Kollektiv oktyabrın 3-də böyük dramaturq Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” alleqorik pyesi əsasında rejissor Günay Səttarın polifonik artefaz olaraq quruluş verdiyi “Toy dəsgahı” tamaşası ilə çıxış edib. Tamaşada aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin və Nigar Mürsəlova iştirak edirlər.

Festivala Azərbaycandan savayı Qırğızıstan, Özbəkistan və Türkmənistandan da teatr kollektivləri qatılıb.

Gülcahan