Ağdam Dövlət Dram Teatrı yeni mövsümü Sahib İbrahimlinin eyniadlı əsəri əsasında səhnələşdirilən “Dərs” tamaşası ilə açıb.

Tamaşanın quruluşçu rejissoru K.Həsənov, quruluşçu rəssamı M.Qarayev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları Nuranə Əliyeva, Camal Zamanov, Qalib Abdullazadə, Hakim Cəfərli, Anar Əhmədov ifa edirlər.

Maarifləndirici tamaşada bir qrup gəncin narkomaniya bəlasına düçar olmasından bəhs edilir. Tamaşa yerli ictimaiyyət və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Nurəddin