Şabran rayon Mədəniyyət Mərkəzində tanınmış teatr və kino aktyoru, Xalq artisti Əjdər Həmidovun (1953-2020) 70 illik yubileyi qeyd olunub.

Xatirə gecəsində sənətkarın həyat və yaradıcılığından söz açılıb, canlandırdığı səhnə və ekran obrazları ilə yaddaşlarda iz qoyduğu vurğulanıb.

Mərhumun sənət dostlarından Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Mehriban Xanlarova, aktyor Əjdər Zeynalov, yazıçı-publisist Aydın Tağıyev, aktyorun qardaşı Ənvər Həmidov xatirələrini bölüşüblər.

Daha sonra Əjdər Həmidovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

Tədbirdən sonra aktyorun məzarı ziyarət olunub.

N.Məmmədli