Quba rayon MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirib. Kitabxananın fəal oxucuları Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər. Sonda kitabxana əməkdaşları tərəfindən təşkil edilmiş “Heydər Əliyev – 100” başlıqlı sərgiyə baxış olub.

***

Göyçay rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış “Göyçay ensiklopediyası”nın təqdimatı keçirilib.

***

Cəlilabad Dövlət Rəsm Qalereyası və 4 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” münasibətilə rəsm sərgisi təşkil olunub. Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Ulu öndər daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə vətənpərvərlik mövzusunda, müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.

Nurəddin Məmmədli