Xəbər verdiyimiz kimi, Əməkdar artist, tanınmış vokal ifaçısı Ramil Qasımov tərəfindən bu sənətə yeni gələn gənclər üçün “Bülbül vokal məktəbi” yaradılıb. Artıq məktəbin ilk dərsi keçirilib.
Əməkdar artist qeyd edib ki, məqsədimiz dahi Bülbülün bizə miras qoyduğu Azərbaycan vokal məktəbinin ənənələrini gələcək nəsillərə aşılamaqdır. O, 137 namizəd arasından seçdiyi 10 tələbə ilə təmənnasız dərslərə başladığını deyib.
Ramil Qasımov məktəbə seçilən tələbələrin konsertlərinin təşkil olunacağını, Bülbülün Memorial Muzeyində musiqi axşamlarının keçiriləcəyini də diqqətə çatdırıb.
Sonda tələbələrə Azərbaycan professional vokal sənətinin banisi Bülbülə həsr olunmuş kitablar, disklər hədiyyə olunub.