Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Filarmoniyadan bildiriblər ki, konsertdən öncə bəstəkarın yaradıcılığı haqqında həmkarı, Xalq artisti Sərdar Fərəcov qonaqlara ətraflı məlumat verib.

Konsertdə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solistlər – Əməkdar artist Anar Şuşalı (tenor), Ayan Tohidi (mezzo-soprano) və Zabitə Alıyeva (xanəndə) çıxış ediblər.

Proqramda Vasif Allahverdiyevin əsərləri səslənib.