12 Noyabr – Konstitusiya Günü münasibətilə Astara Dövlət Rəsm Qalereyasında rəsm sərgisi təşkil olunub.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda mühazirə oxunub.
Qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib.
Sərgidə qalereyanın dərnək üzvlərinin əl işlərindən ibarət rəsmlər nümayiş olunub.
Nurəddin