Böyük Britaniya Kral zərbxanası Ceyms Bond haqqında filmlər silsilənin 60 illiyi ilə əlaqədar dövriyyəyə kolleksiya sikkələri və külçələr buraxır. Yeddi sikkədən ibarət seriyanın hər biri ingilis yazıçısı, eyni zamanda özü də kəşfiyyatçı olmuş Yan Fleminqin ədəbi qəhrəmanı Ceyms Bondun kino ekranında yolunun müəyyən onilliyinə həsr olunub. Ümumilikdə yeddi sikkənin hər birinin xüsusi dizayna olacaq.
1960-cı illərə həsr olunan birinci sikkədə “Yalnız iki dəfə yaşa” filmində əfsanəvi “Balaca Nelli” avtojirində Şon Konnerinin canlandırdığı qəhrəman, arxa fonda isə Bond haqqında həmin onillikdəki filmlərin adları, agent “007”nin üslublaşdırılmış loqotipi təsvir olunub.
Digər onilliklərə həsr olunmuş sikkələrin dizaynı daha sonra təqdim ediləcək. Zərbxananın qiymətli metallar üzrə direktoru Endryu Dikinin sözlərinə görə, külçə şəklində yeni sikkələr 1 unsiya çəkidə qızıldan və 1 unsiya çəkidə gümüşdən ibarətdir.
“Ceyms Bond Böyük Britaniyanın sevimli məxfi agentidir, artıq 60 ildən çoxdur ki, auditoriyanı valeh edir. Biz agent “007”nin səyahətinə həsr olunmuş kolleksiya sikkələrinin yeni seriyasını təqdim etməkdən məmnunuq”, – deyə Kral zərbxanasının xatirə sikkələri şöbəsinin direktoru Rebekka Morqan qeyd edib.