Cəlilabad rayon Heydər Əliyev Mərkəzi, rayon Mədəniyyət Mərkəzi, Cəlilabad Dövlət Rəsm Qalereyası və şəhər 4 saylı klubun birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Çıxışlarda partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salınıb. Bildirilib ki, xalqımızın tanınmış ziyalıları o dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət ediblər və 1992-ci ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyası təsis olunub.

Qeyd edilib ki, xalqımız Azərbaycandakı mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxış yolunu müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Bakıya qayıdışı və ölkə başçısı seçilməsi müstəqil respublikamızı uçurumdan xilas edib, davamlı inkişafımızın təməli qoyulub. Ulu öndərin əmanəti olan YAP bu gün ölkəmizdə möhkəm dayaqları olan ən böyük siyasi qüvvədir.

Nurəddin