Füzuli Dövlət Dram Teatrında Sevinc Elsevərin “Həyat elə bir oyun ki...” monopyesi əsasında eyniadlı tamaşa hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Monotamaşada teatrın aktrisası İntizar Quliyeva çıxış edir.
Əsər sual dolu oyundan, bəxti gətirməyən bir qadından, aktrisadan bəhs edir. Bu onun öz həyatıdırmı, yoxsa səhnədə oynadığı...
Monotamaşa noyabrın 25-də təqdim olunacaq.