Ağdam rayonunun Quzanlı qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkar olunub.
Maddi-mədəniyyət nümunələri Ağdam şəhərindən məcburi köçkün olan Lalə Abbasovanın həyətində su quyusu qazılarkən üzə çıxıb. Tapıntılar beş ədəd saxsı qab və çoxlu saxsı qırıntılarından ibarətdir.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov bildirib ki, yeni tapıntıların Tunc dövrünə aid olması ehtimal edilir.
Nurəddin