Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsinin budəfəki iştirakçısı qardaş Türkiyədən gələcək. Layihənin qonağı Antalya Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatrı olacaq.
Dekabrın 4-5-də ATXİ-nin səhnəsində Pərvin Ünalpın “Gecikənlər” tamaşası təqdim ediləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Nofəl Vəliyevdir.
Tamaşaya giriş sərbəstdir.