Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki Cəbrayıl rayon Sarıcalı kənd klubunda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun anım tədbiri keçirilib.
Şəhid anaları, İkinci Qarabağ müharibəsi qaziləri və sakinlərin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məlumat verilib ki, İlkin Abdulla oğlu Məmmədov 1990-cı il noyabrın 26-da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub.
Kiçik çavuş İlkin Məmmədov Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 2-də Şuşa istiqamətində döyüşdə şəhidlik zirvəsinə ucalıb. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.