Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Badamdar qəsəbə Mədəniyyət evində 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Beynəlxalq Əlillər Gününün tarixindən söz açılıb. Bildirilib ki, BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunan günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. Qeyd olunub ki, ölkəmizdə əlilliyi olan vətəndaşlara diqqət və qayğı göstərilir, bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilir.
Tədbirin bədii hissəsində Mədəniyyət evinin "Bakı" ritm qrupu, “Nur” Daun sindromlu uşaqların idmana və cəmiyyətə inteqrasiyası İctimai Birliyinin uşaqları rəqslər təqdim edib, 236 nömrəli tam orta məktəbin şagirdləri və gənc müğənnilərin ifasında musiqi nömrələri və şeirlər səsləndirilib.