Füzuli Dövlət Dram Teatrında Səbinə Haqverdiyevanın “Nar şirəsi” əsərinin tamaşası təqdim edilib. Səhnə əsərində həyatı sevmək, yaşamaq uğrunda mübarizə, cəmiyyətin fiziki məhdudiyyətli insanlara münasibəti, onların sağalması üçün insanların təsiri kimi məsələlər ön plana çəkilir.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Vüqar Babayev və başqaları ifa edirlər.