Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.