Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası və 3 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü (12 dekabr) ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ulu öndərin ölkəmizə rəhbərliyinin hər iki dövründə həyata keçirilən quruculuq-abadlıq işlərindən, müstəqilliyimizin möhkəmləndirilməsi, bugünkü inkişafımızın etibarlı təməlini qoymasından bəhs edilib.
Sonra “Heydər Əliyev və təhsil”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və muzeylərin inkişafı” adlı məruzələr dinlənilib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Ölkəmiz mühüm tarixi nailiyyətlərə, şanlı qələbələrə imza atır.
Sonda Ulu öndərə həsr olunmuş videoçarx nümayiş olunub.