“Global” şərab turizmi təşkilatının rəhbəri Joze Antonio Vidal Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Rektor İlham Mədətov qonağa ATMU-nun fəaliyyət istiqamətləri və hədəfləri, eləcə də ölkəmizdə şərabçılıq turizmi, bu ilin noyabrında Şamaxıda keçirilmiş 2-ci Üzüm və Şərab Festivalı barədə məlumat verib.
Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev müvafiq ixtisas tələbələrinə qastronomiya və şərabçılıq turizmi, istehsal texnologiyası fənlərinin tədris edildiyini, praktik dərs-məşğələlərin vaxtaşırı Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda keçirildiyini bildirib.
Joze Antonio Vidal təşkilatın fəaliyyətində şərab istehsalı üzrə ixtisaslaşan regionların tanıdılması, müvafiq tədbirlərin təşkili, o cümlədən şərab destinasiyası təbliğinin əhatə olunduğunu diqqətə çatdırıb.
Bu istiqamətdə yeni tədris proqramlarının işlənməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, turizm kurslarının təşkili, təşkilat tərəfindən planlaşdırılan tədbirlərdə ATMU əməkdaşlarının iştirakı məsələləri müzakirə olunub.