Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin dəstəyi ilə rayon Mədəniyyət Mərkəzində “Şəhidlik ən uca zirvədir” adlı konsert keçirilib.

Konsertdən əvvəl Qazax-Tovuz RMİ-nin rəisi Nurəddin Mehdiyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən söz açıb. Deyib ki, bu tarixi Zəfərə görə şəhidlərimizə və qazilərimizə minnətdar olmalıyıq.

Sonra söz musiqiyə verilib. Konsert proqramında Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin orkestri, xor kollektivi, səs müəllimləri tərəfindən vətənpərvərlik ruhunda musiqilər ifa olunub, kompozisiya təqdim edilib.

Sonda şəhid və qazi övladlarına hədiyyələr paylanılıb.

Nurəddin