Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Metodika və xüsusi pedaqoji hazırlıq kafedrası tələbələrinin BMA-nın məktəb-studiyasının  məktəb-studiyanın şagirdləri ilə açıq dərsləri təşkil edilib.

Fortepiano ixtisası üzrə dosent Nərgiz Əlizadənin 3-cü kurs tələbəsi Hidayət Sadıqbəyli, Arzu İsmayılovanın 3-cü kurs tələbəsi Aysel İbrahimli, dosent Mədinə Tuayevanın 3-cü kurs tələbələri – Flora Umudova və Elçin Məmmədov məktəb-studiyanın 2-ci, 3-cü və 5-ci siniflərin istedadlı şagirdlərinə dərs keçiblər. Dərslər İ.S.Baxın “Kiçik prelüd” (c moll)i, Y.Haydnın “18 № li Sonata” (E dur), Y.Gillokun “Baletdə”, V.Kosenkonun “Skertsino” və digər əsərləri əhatə edib.

Violin ixtisası üzrə dosent Zəhra Qarayevanın 3-cü kurs tələbəsi Aytac Rzayeva, Nairə Qulamovanın 3-cü kurs tələbələri – Səriyyə Nəsibova və Günəş Cəfərova 7-ci, 8-ci və 11-ci siniflərin ayrı-ayrı şagirdləri ilə məşğul olublar. C.Viottinin “23 №li Konsert”i (I hissə), A.Rubinşteynin “Melodiya” və F.Kreyslerin “Prelüd və allegro” əsəri ilə keçirilən dərs prosesi nümayiş etdirilib.

Tələbələrin ilk pedaqoji təcrübələri şagirdlər tərəfindən maraqla qarşılanıb, eyni zamanda müəllimləri tərəfindən yüksək qiymətləndirilib.

Tutu Hüseynova
musiqişünas