Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir” mövzusunda görüş keçirilib.
Mərkəzin direktoru Dilbər İbayeva bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə töhfə veriblər. Qeyd olunub ki, bu gün də qadınlarımız maarifçilik və xeyriyyəçilikdən tutmuş milli, mədəni-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində öz fəaliyyətlərini davam etdirirlər.
Fəal qadınların iştirak etdiyi görüş diskussiya şəklində davam edib.