Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Muğam gecələri” adlı yeni layihəyə başlayır.

Fevralın 28-də layihə çərçivəsində Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.

Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək olar.

“Muğam gecələri” layihəsinin media tərəfdaşları arasında “Mədəniyyət” qəzeti də var.