Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında yanvarın 13-də Fransa və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi Jan-Batist Molyerin (1622-1673) eyniadlı əsəri əsasında səhnələşdirilən “Skapenin kələkləri” tamaşasının premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, rejissor assistenti Mehri Nəbiyeva, quruluşçu rəssamı Əməkdar rəssam Səyyad Bayramovdur.
Səhnə əsərində rolları Xalq artisti Rövşən Hüseynov, Əməkdar artist Əbülfəz İmanov, aktyorlar Cəbrayıl Nəbiyev, Məmməd Mehdiyev, Uğur Nəsirli, Ləman Vəliyeva, Səkinə Məmmədova, Ələsgər Quliyev, Şölə Alışova və Nurlan Sultanlı ifa edirlər.
Düşündürücü və komik səhnələri ilə diqqəti cəlb edən səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.