Fevralın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Fərqli bir axşam” adlı konsert keçirilib.
Əvvəlcə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimov layihə haqqında ətraflı məlumat verib.
Musiqi gecəsində orkestrin üzvlərindən Aydan Salamova (violin), Kamran Mirzəyev (violin), Aydan Axundlu (viola), Təhminə Xuduzadə (cello), Aytac Rzayeva (violin), Boris Paşkin (akkordeon), Kamran Quliyev (valtorna), Nemət Tanrıverdiyev (trombon), Zaman Həsənov (bas klarnet), Nəcəf Vəliyev (truba), Şəhla İbrahimova (violin), Səbuhi Axundov (viola) və başqaları çıxış ediblər.
Proqramda F.Mendelsonun "6 saylı simli kvartet" (f-moll, op.80), S.Raxmaninovun "1 saylı simli kvartet" (tamamlanmamış), A.Dvojakın "2 saylı kvintet" (A-dur, op.81), F.Dopplerin “Meşə quşu”, G.Mahlerin "Piano kvarteti" (a-moll), G.Marks və S.Simonsun “Bütövlüklə mənimsən”, R.di Marinonun “Alatoranlıq”, A.Piazzollanın “Libertango”, S.Əliyevanın “Ana”, xalq mahnısı “Evləri var xana-xana” və digər əsərlər əsərləri səsləndirilib.