Qəbələ Dövlət Tarix-Bədii, İlisu Dövlət Tarix-Mədəniyyət və Zaqatala Tarix-Mədəniyyət qoruqları arasında bağlanmış qarşılıqlı əməkdaşlıq haqqında memorandumun icrası ilə əlaqədar İlisu və Zaqatala qoruqlarının rəhbərləri təcrübə mübadiləsi məqsədilə Qəbələ qoruğunda olublar.

Qəbələ qoruğunun direktoru Zahir Kərimov qoruq haqqında məlumat verib.

Görüşdə diqqətə çatdırılıb ki, qoruqlar arasında qarşılıqlı fəaliyyət zəminində təcrübə mübadiləsi perspektiv istiqamətlər üçün geniş imkanlar açır. Həmçinin qoruq ərazilərində olan tarixi abidələrin vəziyyəti, bərpası və konservasiyası, qoruqların təbliğatı ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonunda eksponatlarla tanış olublar.