Bəziləri qızılla bəzədilmiş 200-dən çox heykəl
Çinin şimalında yerləşən Şansi əyalətində Şimali Vey sülaləsinə (386–534-cü illər) aid buddist məbədi tapılıb.
Ölkənin “Sinxua” agentliyinin yaydığı xəbərdə bildirilir ki, Şansi Arxeologiya İnstitutunun açıqlamasına görə, kral məbədi hesab olunan abidə Şimali Vey sülaləsinin saray xarabalıqlarından təxminən 300 metr məsafədə aşkarlanıb.
Tədqiqatçılar məbədin mərkəzində mirvari və mis üzüklərin olduğu kvadrat çuxur tapıblar. Eyni zamanda içəridə bəziləri rənglənmiş, bəziləri isə qızılla bəzədilmiş 200-dən çox buddist heykəli olub.
Məbədin divarının rəsmlərlə boyandığı güman edilir.