İşçi qrupu yaradılıb

 

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) “Kinematoqrafiya haqqında” qanunun təkmilləşdirilməsi və yenilənməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayır.

Agentlikdən bildirilib ki, işçi qrupu kino xadimləri və kinematoqrafiya sahəsində fəaliyyət göstərən mütəxəssislər tərəfindən ötən ilin aprelində keçirilən Kino Forumunda, eləcə də müxtəlif tədbirlərdə səsləndirilən təkliflərin təhlili, ümumiləşdirilməsi və hüquqi bazasının yaradılması istiqamətində işlər aparacaq.

Mərhələli şəkildə həyata keçiriləcək fəaliyyət proqramı çərçivəsində kino xadimlərinin, təcrübəli mütəxəssislərin və hüquqşünasların da işçi qrupuna cəlb olunması, uğurlu hesab olunan dünya ölkələrinin təcrübəsinin öyrənilməsi planlaşdırılır. “Kinematoqrafiya haqqında” qanunun yenilənməsi üçün geniş kino ictimaiyyətinin rəyinin öyrənilməsi və bununla bağlı müzakirələrin aparılması nəzərdə tutulur.