Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Firuzə Raşova Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Aleksandru İon Kuza adına Yassı Universitetinin Coğrafiya və geologiya fakültəsinin tələbələrinə “Azərbaycanda hotel biznesi” fənnini tədris edib.
ATMU-dan bildirilib ki, Firuzə Raşova akademik heyətin mobilliyi həftəsini şərtləndirən təlimlərdə Azərbaycanın coğrafiyası, tarixi, mədəniyyəti, turizm potensialı, eyni zamanda, ATMU-nun təhsil imkanları haqqında danışıb. Akademik mübadilə həftəsi çərçivəsində təşkil olunan beynəlxalq yarmarkada isə Azərbaycanı təmsil edib.
Firuzə Raşovaya Aleksandru İon Kuza adına Yassı Universiteti tərəfindən sertifikat verilib.