Türkiyədə yaşayan tanınmış azərbaycanlı pianoçu, Əməkdar artist İslam Manafov Ankarada konsert proqramı ilə çıxış edib.

CSO Ada Ankara zalının səhnəsində gerçəkləşən konsertdə Y.S.Bax, S.Prokofyev, F.Şopen, M.Musorqski, eləcə də Qara Qarayev və digər görkəmli bəstəkarların əsərləri səslənib.

Virtuoz pianoçunun çıxışı gurultulu alqışlarla qarşılanıb.

İslam Manafovun növbəti konserti iyunun 13-də Eskişehirdə keçirilib. Pianoçu eyni proqramla şəhər bələdiyyəsinin İncəsənət və Mədəniyyət Sarayının səhnəsində çıxış edib.