Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərində turizm sahəsi ilə bağlı layihə icra olunur. «Region gənclərinin turizm bilgilərinin artırılması» adlı layihədən müxtəlif regionlardan 20-dək gənc faydalanır. Layihənin əlaqələndiricisi Babək İsakovun verdiyi məlumata görə, əksəriyyəti Mingəçevir Turizm Kollecinin tələbə gəncləri olan iştirakçılara dünya turizmi haqqında təlimlər və təqdimatlar təşkil edilir.